
ABŞ Prezidenti Donald Tramp hazırda Ukraynaya qanadlı “Tomahawk” raketlərinin tədarükünü nəzərdən keçirmədiyini bildirib.
“Report”un məlumatına görə, o, bu barədə Floridadan Vaşinqtona uçuş zamanı təyyarəsində jurnalistlərə bildirib.
Ondan administrasiyasının bu raketləri Kiyevə tədarük edib-etməməsi soruşulub. “Xeyr”, – ABŞ Prezidenti cavab verib. Daha sonra müxbirlər ondan belə bir addım atmağı düşünüb-düşünmədiyini soruşublar. “Xeyr, əslində yox”, – Tramp deyib.
Amerika Prezidenti daha sonra əlavə edib ki, bu mövqe dəyişə bilər.
“Amma hazırda mən bunu etmirəm”, – o sözlərini yekunlaşdırıb.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


