Filippində 5,5 maqnitudada zəlzələ olub

Baş səhifə
Filippində 5,5 maqnitudada zəlzələ olub

Filippinin Neqros adasında 5,5 maqnitudada zəlzələ qeydə alınıb.

“Report”un xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri 122 min nəfərin yaşadığı Bayavan şəhərindən 29 kilometr şimalda, ocağı isə 145 kilometr dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilmir. Sunami xəbərdarlığı edilməyib.