
Göygöldə minik maşını aşıb, 2 nəfər ölüb,2 nəfər yaralanıb.
Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı 2 nəfər hadisə yerində ölüb, 2 nəfər isə ağır yaralanıb.
Ölən və xəsarət alanların kimliyi dəqiqləşdirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


