İran ölkənin şimalında AES-in tikintisinə başlayıb

Baş səhifə
İran ölkənin şimalında AES-in tikintisinə başlayıb

İran şimal vilaləti olan Gülüstanda daha bir atom elektrik stansiyasının (AES) tikintisi layihəsinə başlayıb.

“Report” xəbər verir ki, bu barədə İran İslam Respublikası Atom Enerjisi Təşkilatının vitse-prezidenti və sədri Məhəmməd Eslami bildirib.

“Böyük səylə uyğun torpaq sahəsi taparaq Gülüstan vilayətinin sahilində nüvə elektrik stansiyasının tikintisi layihəsinə başlaya bildik”, – o, deyib.