Kriştiano Ronaldo mövsümdəki qollarının sayını 14-ə çatdırıb

Baş səhifə

Bakı. Trend:

“Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo mövsümün
əvvəlindən bəri 14-cü qolunu vurub.

Trend xəbər verir
ki, Səudiyyə Ərəbistanı çempionatında “Əl-Feyha” ilə keçirilən
oyunda (2:1) portuqaliyalı forvard 37-ci və 90+14-cü dəqiqələrdə
fərqlənərək komandasına qələbə qazandırıb.




Qeyd edək ki, 40 yaşlı Ronaldo cari mövsümdə 14 oyuna çıxıb.
Onun 9 qolu “Əl-Nəsr”də, 5-i isə Portuqaliya yığmasının heyətində
qeydə alınıb.