Si Cinpinlə görüş uğurlu keçdi və daimi sülhə töhfə verə bilər – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Çin sədri Si Cinpinlə keçirdiyi
görüşün uğurlu alındığını və iki ölkə arasında daimi sülhün
bərqərar olmasına şərait yaradacağını bildirib.

Trend xəbər verir
ki, bu barədə Tramp “Truth Social” platformasında paylaşım
edib.

“Bu görüş davamlı sülhə və uğura gətirib çıxaracaq”, – deyə o
qeyd edib.




ABŞ lideri həmçinin görüşü “Yeddilik” və ya “İyirmilik”
qruplarına bənzər “İki” qrupunun məsləhətləşməsi kimi
qiymətləndirib və danışıqların hər iki tərəf üçün faydalı olduğunu
vurğulayıb.

Xatırladaq ki, Tramp və Si Cinpin arasında görüş oktyabrın 30-da
Cənubi Koreyanın Pusan şəhərində baş tutub və bir saat 40 dəqiqə
davam edib. Danışıqlar zamanı Çin lideri ticarət və iqtisadi
məsələlər üzrə əsas konsensusa nail olunduğunu bildirib.