Bakı. Trend:
İranın Şiraz şəhərində maye qaz balonlarının doldurulması və
satışı ilə məşğul olan sexdə yanğın qeydə alınıb.
Trend xəbər verir
ki, bu barədə Şiraz Bələdiyyəsinin Yanğın və Təhlükəsizlik
Təşkilatı məlumat yayıb.
Bildirilib ki, Cavadiyyə rayonunda yerləşən, ümumi sahəsi 1000
kvadratmetr olan sexdə irimiqyaslı yanğın baş verib. Hadisə yerinə
11 yanğınsöndürən maşın cəlb olunub. Yanğınsöndürənlərin operativ
müdaxiləsi nəticəsində alov qısa müddətdə söndürülüb.
İlkin məlumatlara görə, yanğın zamanı 9 nəfər xəsarət alıb,
onlardan 2-si xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbləri
araşdırılır.

