Türkiyədə azərbaycanlı həkim vəfat etdi

Baş səhifə

Azərbaycanlı həkim Türkiyədə vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Psixiatriya Dərnəyi açıqlama yayıb. 

Bildirilib ki, həkim-mütəxəssis Fərqanə Abbasova dünyasını dəyişib. 

O, 2016-cı ildə Azərbaycan Tibb Universitetindən məzun olub. 2021-ci ildə İstanbul Universiteti – Cərrahpaşa Tibb Fakültəsi Psixi sağlamlıq və xəstəliklər ixtisasından məzun olub. Türkiyədə bir sıra xəstəxanalarda fəaliyyət göstərib.