Grok çatbotu nasazlıqla qarşılaşıb

Baş səhifə

Bakı. Trend:

Bəzi ölkələrdə süni intellekt (Sİ) əsaslı Grok çatbotunun
fəaliyyəti dayanıb.

Trend xəbər verir
ki, bunu Downdetector portalının məlumatları göstərir.




Ən çox şikayətlər ABŞ-dəki istifadəçilərdən daxil olub –
1400-dən çox. Onların 63 faizi mobil tətbiqlərin, 36 faizi isə veb
versiyanın işləmədiyini bildirib.

Grok çatbotunun fəaliyyətində oxşar nasazlıqlar Avstraliya,
Böyük Britaniya, Almaniya, Fransa, Yaponiya və digər ölkələrdə də
müşahidə olunub.