Bakı. Trend:
Qırğızıstanda özəl məktəbdə 58 nəfər şaurmadan zəhərlənib.
Trend ölkənin yerli
KİV-lərinə istinadən xəbər verir ki, zəhərlənənlərdən 54-ü
şağirddir.
Məlumata görə, onlar qusma, ishal və qarın ağrılarından şikayət
ediblər.
Məktəbdə hazırda yoxlama aparılır və hadisənin səbəbləri
araşdırılır.

