Millimizin oyunlarının təqvimi məlum olub

Baş səhifə

Bakı. Trend:

Noyabrın 7–21-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda
keçiriləcək VI İslam Həmrəyliyi Oyunları çərçivəsində təşkil
olunacaq voleybol yarışlarının təqvimi açıqlanıb.

Trend xəbər verir ki,
həmçinin qadın voleybolçulardan ibarət Azərbaycan milli
komandasının rəqibləri və oyunların başlama saatları
müəyyənləşib.

Milli noyabrın 4-də mübarizəyə start verəcək. Komanda
Tacikistan, İran, Türkiyə və Əfqanıstan yığmaları ilə qarşılaşacaq.
Voleybol yarışlarına noyabrın 13-də yekun vurulacaq.

Milli komandanın oyun cədvəli:

4 noyabr

15:00. Azərbaycan – Tacikistan




6 noyabr

15:00. Azərbaycan – İran

9 noyabr

18:00. Azərbaycan – Türkiyə

12 noyabr

15:00. Azərbaycan – Əfqanıstan