İtaliya klubu baş məşqçisi ilə yollarını ayırıb

Baş səhifə
İtaliya klubu baş məşqçisi ilə yollarını ayırıb

İtaliyanın “Cenoa” klubunun baş məşqçisi Patrik Vieyra vəzifəsindən ayrılıb.

“Report” xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komanda müvəqqəti olaraq Roberto Murqitaya tapşırılıb.

Qeyd edək ki, “Cenoa” A Seriyasında 9 oyundan sonra 3 xalla sonuncu – 20-ci pillədə qərarlaşıb.