
Bakı. Trend:
Gürcüstan ölkəyə olan ədalətsiz münasibətə görə “Avronest”
Parlament Assambleyasının növbəti sessiyalarında iştirak
etməyəcək.
Trend xəbər verir
ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili rəsmi “X”
səhifəsində yazıb.
Papuaşvilinin sözlərinə görə, “Avronest”in son plenar iclasında
bir sıra qətnamələr qəbul olunub ki, Gürcüstanın daimi nümayəndə
heyəti onların qəbulunda iştirak etməyib.
O bildirib ki, bu sənədlər “Şərq tərəfdaşlığı” təşəbbüsünün
gələcək inkişafına dair baxışı, həmçinin Aİ üzv dövlətləri arasında
dialoq və tərəfdaşlığın təşviqini əhatə etməli idi. Lakin Avropa
Parlamentinin bəzi üzvləri qətnamə mətnlərinə Tbilisi üçün tamamilə
qəbuledilməz və hiddətə səbəb olan müddəalar əlavə ediblər.


