Yaxın zamanda Sudanla Azərbaycan arasında ilk dəfə siyasi əlaqələri müzakirə etmək üçün toplantı keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə Sudanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mustafa Abdelhaleem Mahmud Mohammed “Sudanda baş verən son hadisələr (Əl-Faşir soyqırımı)” haqqında keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Sudan və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 33-cü ildönümü qeyd edilir:
“İki dövlət arasında ziyarətlərin, qarşılıqlı əlaqələrin artmasına təkan vermək üçün müzakirələr aparılacaq. Xatırladım ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər, energetika, elm və təhsil nazirləri ilə görüşmüşük. İki dövlət arasında əlaqələr həm beynəlxalq, həm də müstəvidə həyata keçirilir”.
MƏLUMAT YENİLƏNİR…
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

