Hind okeanının cənubunda 5,8 bal gücündə zəlzələ baş verib

Baş səhifə

Bakı. Trend:

Avstraliyanın qərbində Pert şəhərindən 2200 km cənub-qərbdə,
Hind okeanında 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in
məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid
Geofizika Xidmətinin Altay-Sayan filialı bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Herd adası və Makdonald
adaları arxipelaqından 1883 km şimal-şərqdə, Cənub-Şərqi Hindistan
silsiləsi ərazisində yerləşib.




Episentrdəki təkanların intensivliyinə əsasən, zəlzələ “dağıdıcı” kimi qiymətləndirilib.

ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 6,0 bal olaraq
qiymətləndirib. Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.