
Bakı. Trend:
İsraildə nadir və eksklüziv avtomobil olan “Ferrari Daytona SP3”
satılıb.
Trend xəbər
verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, “Ferrari Daytona SP3” fantastik qiymətə – 18
milyon şekelə (təxminən 9 milyon 400 min manat-red.) satılıb.
Bununla da İsraildə avtomobil satışları üzrə yeni rekord qeydə
alınıb.
Qeyd edilir ki, bu məbləğin təxminən yarısı vergilər şəklində
dövlət büdcəsinə yönəldiləcək.


