
Bakı. Trend:
“Barselona” gələn həftə öz doğma stadionu “Kamp Nou”ya qismən
qayıdacaq.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, İspaniya çempionu noyabrın 7-də arenada
azarkeşlər üçün açıq məşqə çıxacaq.
Hazırlıq prosesini 23 min tamaşaçı izləyə biləcək. Məşqi izləmək
üçün biletlərin qiyməti 5 və 10 avrodur.
Qeyd edək ki, 2023-cü ildən “Kamp Nou”da yenidənqurma işləri
aparılır.


