
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC
(ADY) 1,5 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları
aparıb.
Trend xəbər
verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayında bildirilib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
1,2 milyon ABŞ dolları və ya 5,6 dəfə çoxdur.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq
dövrü ilə müqayisədə 7,7% artaraq 2,6 milyard ABŞ dolları təşkil
edib.


