“Barselona” komandası “Kamp Nou” stadionuna qayıdır

Baş səhifə
Barselona komandası Kamp Nou stadionuna qayıdır

İspaniyanın “Barselona” komandası “Kamp Nou” stadionuna qayıdır.

“Report” xəbər verir ki, bu barədə Kataloniya təmsilçisi məlumat yayıb.

Noyabrın 7-də bu arenada futbolçuların açıq məşqi baş tutacaq. Hazırlıq prosesini təxminən 23 min tamaşaçının izləyəcəyi gözlənilir.

Qeyd edək ki, “Barselona” sonuncu dəfə 2022/2023 mövsümündə bu arenada oynayıb. Daha sonra stadionda yenidənqurma işləri başlayıb.