
Bakı. Trend:
UEFA Çempionlar Liqasının əsas mərhələsində baş tutacaq “Qarabağ” – “Çelsi” qarşılaşmasına satılan biletlərin sayı bəlli
olub.
Trend xəbər
verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qarşılaşmaya ümumilikdə 27250 bilet satılıb.
Qeyd edək ki,Tofiq Bəhramov adına Respublika stadionunda baş
tutacaq “Qarabağ” – “Çelsi” oyunu 21:45-də start götürəcək.

