Bakı. Trend:
Milli komandamızın forvardı Renat Dadaşov “Motor”u tərk etməyi
planlaşdırır. Polşa klubunda istədiyi qədər oynaya bilməyən forvard
daha çox şans tapacağı komandaya keçməyi düşünür. Bunun üçün isə
onun bir çox variantı var.
Trend xəbər
verir ki, Azərbaycan Premyer Liqasında yarışan iddialı klubların
əksəriyyəti Dadaşovu heyətinə qatmağa hazırdır. Hətta forvard
“Motor”a keçməmişdən əvvəl də Azərbaycandan 2 klub onun meneceri
ilə əlaqə saxlamış və müqavilə imzalamaq istəyini bildirmişdi.
Lakin sonda Renat Polşaya getməyə qərar vermişdi.
Türkiyə 1-ci liqasında yarışan “Iğdır”ın da transfer siyahısında
yer alan Renat qış “transfer pəncərəsi” zamanı seçimini edəcək.
Məhz həmin vaxtı onun Azərbaycana gələcəyi, yoxsa fərqli ölkə üçün
addım atacağı dəqiqləşəcək.
26 yaşlı hücumçunun “Motor”la müqavilə müddəti 2026-cı il iyunun
30-na qədərdir.

