Bakı. Trend:
Venesuelaya xarici müdaxiləni dəstəkləyən və xarici ölkələrin
ordularına qoşulan venesuelalılar vətəndaşlıqdan məhrum
edilməlidirlər.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, belə bir bəyanatla Venesuela Prezidenti
Nikolas Maduro çıxış edib.
“Bolivar Respublikası Venesuela Konstitusiyasının 130-cu
maddəsinə əsaslanaraq Ali Məhkəməyə sorğu göndərmişəm ki, hər hansı
bir xəyanətkar – əgər o, xarici ordunun tərkibinə daxil olub
Venesuelaya müdaxilə etməyə cəhd edərsə – vətəndaşlıqdan məhrum
edilsin və konstitusiyaya uyğun olaraq digər zəruri cəzaları
alsın”, – deyə o, yerli telekanala müsahibəsində bildirib.
Maduronun bu bəyanatı ABŞ ilə Venesuela arasında diplomatik
gərginliyin yaşanması fonunda səsləndirilib.

