ETX kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Baş səhifə

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron
Təhlükəsizlik Xidməti (ETX) kibertəhlükəsizlik sahəsində beynəlxalq
əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətini davam
etdirir.

Trend xəbər
verir ki, bu məqsədlə ETX və Malayziyanın Milli CERT-i arasında
onlayn formatda Anlaşma Memorandumu imzalanıb.

Sənəd kibertəhlükəsizlik sahəsində təcrübə və bilik mübadiləsini
təşviq etmək, eləcə də bu istiqamətdə fəaliyyət göstərən
mütəxəssislərin peşəkar inkişafına dəstək göstərmək məqsədi
daşıyır.




Tərəflər, həmçinin informasiya təhlükəsizliyi insidentlərinin
qarşısının alınması, birgə təlim və seminarların təşkili, qabaqcıl
təcrübə və məlumat mübadiləsi, habelə yeni texnoloji həllər və
innovativ yanaşmalar istiqamətlərində əməkdaşlıq edəcəklər.

Görüşdə tərəflər qeyd ediblər ki, bu sənəd informasiya
təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində strateji
tərəfdaşlığın genişləndirilməsi, həmçinin regional və qlobal
təşəbbüslərdə qarşılıqlı dəstəyin gücləndirilməsi baxımından mühüm
əhəmiyyət kəsb edir.