Xocalıda Birinci Qarabağ müharibəsinin iki itkin şəhidi dəfn edildi (FOTO)

Baş səhifə

Xocalı. Trend:

Xocalıda Birinci Qarabağ müharibəsinin iki itkin şəhidi dəfn
edilib

Trend-in Qarabağ bürosunun xəbərinə görə, Oktyabrın
31-də Xocalı şəhərində Birinci Qarabağ müharibəsində itkin düşmüş
hesab edilən iki şəhid Cingiz Usub oğlu Hüseynov və Səfər Qarsalan
oğlu Qəmbərov torpağa tapşırılıblar.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və
İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən
məlumata görə, hər iki şəhidin nəşi müvəqqəti məskinlaşdıqları
rayonlarda keçirilən vida mərasimlərindən sonra Xocalı şəhər
Şəhidlər xiyabanında dəfn edilib.




Dəfn mərasimlərində Azərbaycan Respublikası Prezidentinin
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında xüsusi
nümayəndəliyinin əməkdaşları, Xankəndi şəhərində, Ağdərə və Xocalı
rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nümayəndələri,
Xocalı Rayon İcra Hakimiyyətinin rəsmiləri, Millət vəkili,
hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, şəhidlərin ailə
üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Cingiz Usub oğlu Hüseynov 1955-ci il mayın 4-də
Xocalı rayonunda anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalıda
gedən döyüşlər zamanı itkin düşüb.

Digər şəhid Səfər Qarsalan oğlu Qəmbərov isə 1961-ci ildə Xocalı
rayonunda anadan olub və 1992-ci ildə Xocalı döyüşləri zamanı itkin
düşmüşdü.