Milli Məclisin növbəti plenar iclası başladı: Bəyanat qəbul ediləcək

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası
başlayıb.

Trend xəbər
verir ki, iclasda aşağıdakı 11 məsələ müzakirə ediləcək:

1. 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar
Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı.

2. “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).

3. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində,
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində,
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (üçüncü
oxunuş
).

5. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).




6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(üçüncü oxunuş).

7. “Azərbaycan Respublikasının daxili qoşunları haqqında”
Azərbaycan Respublikası qanununun layihəsi (ikinci
oxunuş
).

8. “Enerji resurslarından səmərəli istifadə və enerji
effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).

9. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi
barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (ikinci
oxunuş
).

10. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).

11. “Enerji resurslarından səmərəli istifadə və enerji
effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).