
Şəhid bacısı Zülfiyyə Əliyeva 33 ildir həsrətlə yolunu gözlədikləri qardaşı Mikayılın nəşinin qalıqlarının öz doğum günündə evlərinə gətirildiyini bildirib.
Z.Əliyeva “Report”a açıqlamasında qeyd edib ki, artıq gözləri yollardan çəkilib.
O, qardaşının şəhid olmasını elə o vaxt Xocalı sakinlərdən eşitdiyini vurğulayıb:
“Mənə demişdilər ki, qardaşının olduğu yerə bomba düşüb. Həmin yerdə şəhid olmuşdu. Lakin valideynlərim qəbul eləmirdi. Ümid edirdilər ki, hardansa gələcək. Özüm bu yaxınlarda Xocalıda oldum. Gördüm ki, yol çəkirdilər. Fikirləşdim ki, qardaşım nəşi qalacaq o yolun altında. 5 dost idilər. Şükür olsun ki, hamısını nəşi tapıldı. Mən demirdim ki,ancaq Mikayıl Əliyevin nəşi tapılsın. Elçində, İlhamda, Fikrət və Mübarizin də nəşi tapılsın. Onların nəşi artıq torpağa tapşırılıb, bu gün də qardaşım torpağa tapşırılacaq. Bu gün ad günüdür, 57 yaşı tamam olur və bu gün də dəfn edilir. Mən bütün itkin ailələrinə arzu edirəm ki, bizim kimi sevindilər. Artıq qeyri-müəyyənliyimiz başa çatdı. Ağır da olsan da, şükürlər olsun ki, nəşi tapıldı”.
Şəhid bacısı qardaşın nəşinin tapılması ilə bağlı Ali Baş Komandana, bu işdə əziyyəti olan bütün dövlət qurumlarına öz təşəkkürünü bildirib.
MƏLUMAT YENİLƏNİR…
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


