Bakı-Sumqayıt qatarına daş atılıb, şüşə sınıb

Baş səhifə

Bakı. Trend:

Dünən axşam saatlarında Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən
sərnişin qatarına Zabrat-Pirşağı sahəsindən keçərkən daş
atılıb.

Trend ADY-yə
istinadən xəbər verir ki, nəticədə qatarın içində sərnişinlərin
olduğu 2-ci vaqonunun pəncərələrindən biri sınıb.

Qeyd olunub ki, bu ilin yanvar-sentyabr aylarında ADY-nin
qatarlarına hərəkətdə olarkən 36 dəfə daş atılıb.




Xatırladırıq ki, bu qanunsuz və məsuliyyətsiz hərəkəti edənlər
müvafiq qaydada tapılır və qanunvericilik əsasında
cəzalandırılırlar.

ADY bir daha hamımızın sərvəti olan qatarları qorumağa,
təhlükəsiz səfərlər üçün həmrəy olmağa çağırır.