Konqonun dirçəlişi Afrikada yeni dövrün başlanğıcı olacaq – Jurnalist

Baş səhifə

Bakı.Trend:

Konqo dirçəlişi Afrikada yeni dövrün başlanğıcı olacaq

Trend xəbər
verir ki, bunu “Musulmans en France” portalının təsisçisi,
jurnalist Cin Mişel Brun
“Belçika müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq
konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Konqo Demokratik Respublikası coğrafi
mövqeyinə və zəngin təbii ehtiyatlarına görə Afrikanın açar
ölkələrindən biridir:

“Bu amil ölkənin bir vaxtlar müstəmləkə hökmranlığı altına
düşməsini izah edir. Konqo Demokratik Respublikasının dirçəlişi
bütün Afrikanın yeni bir eraya qədəm qoymasına səbəb olacaq.
Kolonizasiya dəyişiklik arzusunda olan konqolulardan həyatlarını
alsa da, yeni nəsil bu torpaqda yenidən işıq yandırmağa hazırlaşır.
Konqonun oyanışı bütün qitənin oyanışı olacaq”,- deyə jurnalist
əlavə edib.