
Bakı. Trend:
İtaliyanın “Yuventus” komandasının yeni baş məşqçisi məlum
olub.
Trend klubun
rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə təcrübəli
mütəxəssis Luçano Spaletti gətirilib.
Turin klubunun rəhbərliyi italiyalı məşqçi ilə bu mövsümün
sonuna qədər müqavilə imzalayıb.
Qeyd edək ki, bundan əvvəl İqor Tüdor “Yuventus”un baş məşqçisi
olub.


