Fiziki şəxslərin banklardakı əmanətləri artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin oktyabrın1-nə Azərbaycan banklarında fiziki şəxslərin
əmanətlərinin həcmi 15,795 milyard manat təşkil edib.

Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, əmanətlərin həcmi cari ilin sentyabrın 1-nə
nisbətən 334,2 milyon manat və ya 2,2%, ötən ilin analoji dövrü ilə
müqayisədə isə 1,6 milyard manat və ya 11,5% artıb.




Bu ilin oktyabrın 1-nə fiziki şəxslərin milli valyuta ilə
banklardakı əmanətlərinin həcmi 10,788 milyard manat, xarici
valyuta ilə isə 5,007 milyard manat təşkil edib.

Milli valyuta ilə əmanətlərin həcmi bu ilin sentyabrın 1-i ilə
müqayisədə 292,5 milyon manat və ya 2,8%, illik müqayisədə isə 1,4
milyard manat və ya 15,4% artıb.

Xarici valyuta ilə isə bu göstərici cari sentyabrın 1-nə olan
rəqəmlərə nisbətən 41,7 milyon manat və ya 0,8%, illik nisbətdə isə
189,5 milyon manat və ya 3,9% artıb.