
Bakı. Trend:
“Liverpul” Rayan Qravenberxi uzun müddət komandada saxlamaq
istəyir.
Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, son İngiltərə çempionu niderlandlı
futbolçu ilə yeni müqavilə imzalamağı planlaşdırır.
Məlumata görə, klub yaxın günlərdə Qravenberxlə danışıqlara
başlayacaq.
Qeyd edək ki, “Liverpul” Rayan Qravenberxi 2023-cü ilin yayında “Bavariya”dan 40 milyon avroya transfer edib.


