Ukraynanın 500-dən çox yaşayış məntəqəsi işıqsız qalıb

Baş səhifə

Bakı. Trend:

Ukraynanın enerji infrastrukturuna dəymiş zərər nəticəsində
500-dən çox yaşayış məntəqəsi işıqsız qalıb.

Trend xarici
KİV-lərə istinadən xəbər verir ki, bunu Ukrayna Energetika
Nazirliyinin müavini Nikolay Kolesnik bildirib.




“Bir neçə bölgədə əhəmiyyətli ziyanlar və istehlakçıların
işıqsız qalması müşahidə olunur. Xüsusilə Vinitsa vilayətində
400-dən çox, Dnepropetrovsk vilayətində isə 125 yaşayış məntəqəsi
işıqsız qalıb”, – nazir qeyd edib.

Kolesnikin sözlərinə görə, həmçinin Zaporoje vilayətinin 148
yaşayış məntəqəsi işıqsız qalıb.