Şəkidə qəza olub, bir nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb

Baş səhifə

Bakı.Trend:

Şəki rayonunun Orta Zəyzid kəndi ərazisində yol-nəqliyyat
qəzasının baş verib, vətəndaşın avtomobildə sıxılı vəziyyətdə
qalıb.

Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in
Dövlət Yanğından Mühafizə Xidməti Şəki Rayon Yanğından Mühafizə
Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.




Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən
olunub ki, “Shaolin SLG 6602” markalı mikroavtobusun yoldan çıxaraq
ağaca çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və
sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə
qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli
bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalan
sürücü, 1990-cı il təvəllüdlü Məmmədov Famil Namiq oğlunu xilas
edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.