
Bakı. Trend:
Bu ilin oktyabrın 1-nə Azərbayacanda kredit təşkilatlarının
müddətlər üzrə kredit qoyuluşlarının cəmi məbləği 31,042 milyard
manat, vaxtı keçmiş kreditlərin həcmi isə 528,1 milyon manat təşkil
edib.
Trend-in
Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, cəmi kredit
qoyuluşlarının 26,8 milyard manatını milli valyutada kreditlər
təşkil edib.
Milli valyutadakı kreditlərin 438,4 milyon manatının ödəmə vaxtı
keçib.
Hesabat dövründə cəmi kredit qoyuluşlarının 4,2 milyard manatı
xarici valyutada verilmiş kreditlər olub ki, bu kreditlərin də 89,7
milyon manatının ödəmə vaxtı keçib.
Ötən ilin eyni dövrü ilə müqayisədə 2025-ci ilin oktyabrın 1-nə
milli valyutada qoyulmuş kreditlər 2,6 milyard manat və ya 9,3%
artıb, xarici valyutada qoyulmuş kreditlər isə 480,9 milyon manat
və ya 10,2% azalıb.
Hesabat dövründə milli valyutadakı cəmi kreditlərin 4,3 milyard
manatını qısamüddətli, 22,4 milyard manatını uzunmüddətli
kreditlər, xarici valyutadakı kreditlərin isə 937,8 milyon manatını
qısamüddətli, 3,3 milyard manatını isə uzunmüddətli kreditlər
təşkil edib.


