
Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı ilin may ayında Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyi sammitində iştirak etməyi planlaşdırmır.
Modern.az xəbər verir ki, bu barədə Caliber.az-ın yaydığı xəbərdə bildirilib.
“İkitərəfli münasibətlərin hazırkı səviyyəsi Prezident Əliyevin İrəvana səfərini aktual addım kimi nəzərdən keçirməyə hələlik imkan vermir. Azərbaycan real fəaliyyət prinsipindən çıxış edir. Sülh sazişi imzalanmadan və praktiki mexanizmlər işə salınmadan yüksək səviyyəli səfər prosesin tamamlanması ilə bağlı yanlış təəssürat yarada bilər. Hüquqi baza rəsmiləşdirilmədən və öhdəliklərin yerinə yetirilməsinə başlanılmadan bu cür addımların atılması hələ tezdir”, – məlumatda qeyd edilib.


