
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Trend AFFA-ya
istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul
edilib:
24.10.2025-ci il tarixində Misli Premyer Liqasında IX turun
“Kəpəz” – “İmişli” oyununun 25-ci dəqiqəsində “Kəpəz” komandasının
qapıçısı Məmməd Hüseynov xəsarətlə nəticələnən ciddi qayda
pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna
buraxılmasın, “Kəpəz” klubu 1000 manat cərimə edilsin (maddə
44.2);
24.10.2025-ci il tarixində Misli Premyer Liqasında IX turun
“Kəpəz” – “İmişli” oyununun 38-ci dəqiqəsində “Kəpəz” komandasının
azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə
təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə
ikinci dəfə yaşandığına görə “Kəpəz” klubu 6000 manat cərimə
edilsin (maddə 52.5);
24.10.2025-ci il tarixində Misli Premyer Liqasında IX turun
“Kəpəz” – “İmişli” oyununun 68-ci dəqiqəsində “Kəpəz” komandasının
azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə
görə “Kəpəz” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);
25.10.2025-ci il tarixində Misli Premyer Liqasında IX turun
“Araz-Naxçıvan” – “Sabah” oyununda “Sabah” komandasında 4 nəfər
sarı vərəqə aldığı üçün “Sabah” komandası 700 manat cərimə edilsin
(maddə 43.1);
26.10.2025-ci il tarixində Misli Premyer Liqasında IX turun
“Qəbələ” – “Neftçi” oyunu bitdikdən sonra “Neftçi” komandasının
azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə
görə “Neftçi” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);


