Ermənistanda hərbi xidmət müddəti azaldılır

Baş səhifə
Ermənistanda hərbi xidmət müddəti azaldılır

Ermənistan hökuməti məcburi hərbi xidmət müddətinin 6 ay azaldılması ilə bağlı qanun layihəsini təsdiqləyib.

“Report”un Ermənistan KİV-inə istinadən məlumatına görə, sənədi hökumətin iclasında müdafiə nazirinin müavini Arman Sarkisyan təqdim edib.

Qanun layihəsi 2025-ci ilin qış çağırışından etibarən sıravi heyətin məcburi hərbi xidmət müddətinin 6 ay azaldılmasını, məcburi hərbi xidmət müddətini 18 ay təyin edilməsini nəzərdə tutur.

Məlumat yenilənir