
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhidi, Azərbaycan Ordusunun əzabiti Elçin Balaxan oğlu Quliyev dəfn edilib.
“Report”un məlumatına görə, Elçin Quliyev Suraxanı rayonu Dədə Qorqud qəsəbə qəbristanlığında torpağa tapşırılıb.
Dəfndə mərhumun yaxınları, eləcə də dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, şəhid zabit Elçin Quliyev 1965-ci ildə Sabirabadda anadan olub. O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. R. Abbasov 26 fevral 1992-ci ildən Xocalıda itkin düşmüş hesab edilirdi.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

