Rusiya və Türkiyə arasında bərə xidməti bərpa olunur

Baş səhifə

Bakı. Trend:

14 illik fasilədən sonra Soçi və Trabzon şəhərləri arasında
sərnişin-yük bərə xidməti yenidən fəaliyyətə başlayacaq.

Trend xəbər verir
ki, noyabrın 5-dən etibarən fəaliyyətə başlayacaq “Seabridge”
bərəsi 450 sərnişin və 200-dən çox avtomobil daşıya biləcək. Bərə
həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı – işləyəcək və
səyahət təxminən 12 saat davam edəcək.




Qeyd edək ki, ilk səfər əvvəlcə oktyabrın 29-na planlaşdırılsa
da, 5-6 bal gücündə fırtına səbəbindən noyabrın 5-nə təxirə
salınıb.