Sabirabadın bir hissəsində qaz kəsiləcək

Baş səhifə

Bakı.Trend:

Sabirabad şəhərinin bir hissəsinin qaz təchizatında fasilə
yaranacaq.

Trend xəbər
verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.




Bildirilib ki, “Sabirabad 1 və 2” ölçü qovşağından qidalanan
diametri 315 mm-lik PE “Şəhər Poçt” yeraltı qaz kəmərinin növbədən
kənar kipliyin yoxlanılması məqsədi ilə əlaqədar 30.10.2025-ci il
saat 10:00-dan etibarən işlər başa çatanadək Sabirabad şəhər
mərkəzinin bir hissəsində (ümumi 1921 abonent) qaz təchizatının
dayandırılması planlaşdırılır.