
Belarus Azərbaycanın yeni logistika marşrutlarından istifadə etməkdə maraqlıdır.
Bu barədə “Report”un Ağdama ezam olunmuş əməkdaşının sualına cavabında Belarusun Baş nazirin müavini Natalya Petkeviç bildirib.
“Azərbaycanın əlavə nəqliyyat-logistika yolları yaranır. Biz də bunlardan həm birgə layihələr üçün həm də öz milli iqtisadiyyatımızın inkişafı üçün istifadə etmək istəyirik”, – o qeyd edib.
N.Petkeviç əlavə edib ki, bu mövzu Minsk və Bakının birgə səylərinin müzakirə edildiyi daha bir sahədir.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


