“Sovetski”də gözəl görünüşlü 127 tarixi binanın qorunub saxlanılması planlaşdırılır

Baş səhifə
Sovetskidə gözəl görünüşlü 127 tarixi binanın qorunub saxlanılması planlaşdırılır

“Sovetski” ərazisində təkcə dövlət reystrindən keçmiş tarixi memarlıq abidələri deyil hətta tarixi memarlıq abidəsi reystrindən keçməmiş lakin gözəl görünüşlü 127 tarixi binanın qorunub saxlanılması planlaşdırılır.

“Report” xəbər verir ki, bunu Bakı Şəhəri İcra Hakimiyyəti aparatanın şöbə müdiri Rəşid Ağayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Təzə Pir məscidinin ətrafında gedən söküntülərlə bağlı yayılan neqativ yazılar həqiqəti əks etdirmir:

“Bu ərazidə 73 dövlət reystrindən keçmiş tarixi memarlıq abidəsi, 54 ədəd isə tarixi memarlıq abidəsi reystrindən keçməmiş lakin gözəl görünüşlü tarixi binalar qorunacaq”