“WhatsApp” hesablarına icazəsiz giriş cəhdləri artıb – ETX

Baş səhifə

Bakı.Trend:

Bilinməyən və ya tanış kimi görünən nömrələrdən göndərilən
şübhəli keçidlərə daxil olmaq nəticəsində “WhatsApp”
istifadəçilərinin hesablarına icazəsiz giriş cəhdləri son dövrlərdə
artıb.

Trend xəbər
verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat
yayıb.

Bildirilib ki, Kiberdələduzlar bu üsuldan istifadə edərək
vətəndaşlara SMS vasitəsilə göndərilən təsdiqləmə (OTP) kodlarını
ələ keçirməyə çalışırlar. Bu kodlar paylaşıldığı halda
istifadəçilərin “WhatsApp” hesabları oğurlanır. Daha sonra onların
adından yaxınlarına saxta mesajlar göndərilir. Beləliklə, həmin
şəxslərin maliyyə vəsaiti və şəxsi məlumatlarının ələ keçirilməsinə
cəhdlər edilir.

ETX vətəndaşlara bu kimi hallara qarşı diqqətli olmağı, həmçinin
hesablarının qorunması üçün aşağıdakı təhlükəsizlik tədbirlərini
görməyi tövsiyə edir:

Tanımadığınız nömrələrdən gələn linkləri açmayın.

Tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin.




OTP və təsdiqləmə kodlarını heç kəslə bölüşməyin.

Tətbiq ayarlarında ikimərhələli təsdiqləmə funksiyasını
aktivləşdirin.

Şübhəli hallarla rastlaşdıqda tətbiqin dəstək xidmətinə müraciət
edin.

Profil məlumatlarını (son görülmə, profil fotosu, status və s.)
yalnız kontaktlarınıza görünəcək şəkildə məhdudlaşdırın.

Yaxınlarınızı, xüsusilə yaşlı və texnologiyadan az istifadə edən
şəxsləri belə dələduzluqlar barədə məlumatlandırın.