Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanılıb – Qazaxıstan rəsmisi

Baş səhifə

Bakı. Trend:

Biz möhtəşəm zəfərlərin şahidi olmuşuq. Azərbaycanda Prezident
İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanılıb.

Trend xəbər
verir ki, bunu Qazaxıstan Parlamenti Məclisinin üzvü Aidos Sarım
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30
illiyinə həsr olunan “Konstitusiya müasir dünyada dövlətlərin
müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda
beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.

O bildirib ki, son 30 il ərzində ölkələrimizin
konstitusiyalarında dəyişikliklər edilib:

“Bu o deməkdir ki, Konstitusiya canlı bir alət, bir sənəddir.
Konstitusiya hər zaman xalqın iradəsini ifadə edir. O, təkcə böyük
ada malik sənəd deyil, eyni zamanda, bütün xalqın maraqlarına
xidmət edən əsas qanun olmalıdır.