ABŞ Rumıniyadakı hərbi kontingentinin sayını azaldıb

Baş səhifə

Bakı. Trend:

Amerika Birləşmiş Ştatları Rumıniyadakı hərbi kontingentinin
sayını azaldıb və bu barədə Rumıniya hökumətini və NATO üzrə
müttəfiq ölkələri məlumatlandırıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Rumıniya Milli Müdafiə
Nazirliyinin məlumatında bildirilir.




Məlumatda qeyd olunur ki, bu qərar ABŞ prezidenti Donald Trampın
administrasiyası tərəfindən “ABŞ silahlı qüvvələrinin qlobal
mövqeyinin yenidən qiymətləndirilməsi prosesi çərçivəsində” qəbul
olunub.

Konkret rəqəmlər açıqlanmasa da, Amerika KİV-ləri minlərlə ABŞ
hərbçisinin Rumıniyadan çıxarılacağını yazır.