Azərbaycan və Gürcüstan regional sülhə töhfə verir – Nino Tsilosani

Baş səhifə

Bakı. Trend:

İstər Gürcüstanda, istərsə də Azərbaycanda Konstitusiyanın
qəbulu onu göstərdi ki, vaxtilə xalqlarımız üzərində olan
hökmranlığa qayıtmaq mümkün olmayacaq.

Trend xəbər
verir ki, bunu Gürcüstan Parlamentinin sədr müavini Nino Tsilosani
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30
illiyinə həsr olunan “Konstitusiya müasir dünyada dövlətlərin
müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda
beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.

O bildirib ki, azadlığı əldə etmək heç də asan olmayıb:

“Bu, ərazi bütövlüyünün itirilməsi, məcburi köçkünlər, sosial
problemlərlə mübarizə aparmaq hesabına əldə olunub”.

Gürcüstan rəsmisi vurğulayıb ki, 30 il ərzində hər iki ölkənin
suverenliyi möhkəmlənib, beynəlxalq əlaqələr güclənib:

“Enerji tranzit infrastukturu Azərbaycandan Türkiyə və Gürcüstan
vasitəsilə dünyaya çatdırılıb. Biz indi regional əlaqələrin inkişaf
etidirilməsi üzərində işləyir, regional sülhə töhfə veririk”.