Azərbaycanlı futbolçu Rusiya yığmasında

Baş səhifə

Bakı. Trend:

AFFA-nın Azərbaycan milli komandasına cəlb etmək istədiyi Moskva “Dinamo”sunun yarımmüdafiəçisi Ülvi Babayev Rusiyanın gənclərdən
ibarət yığmasına çağırılıb.

Trend xəbər
verir ki, istedadlı futbolçu 38 oyunçudan ibarət geniş heyətdə yer
alıb.




Rusiya yığması noyabrın 12-də, 15-də və 18-də müvafiq olaraq
İran, Qırğızıstan və Bəhreynin U-23 komandaları ilə
qarşılaşacaq.

Əslən azərbaycanlı olan 21 yaşlı vinger “Dinamo”nun
yetirməsidir. O, daha əvvəl Rusiyanın U-15 və U-16 millilərində
ümumilikdə 9 oyun keçirib.