“Melissa” qasırğası nəticəsində Yamayka, Haiti və Dominikanda ölənlər var

Baş səhifə
Melissa qasırğası nəticəsində Yamayka, Haiti və Dominikanda ölənlər var

“Melissa” qasırğası ən azı yeddi nəfərin ölümünə səbəb olub.

“Report” xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb.

“Melissa” qasırğası 4-cü kateqoriyaya qədər zəifləyib və Kubanı bürüyüb.

Yamayka, Haiti və Dominikan Respublikasında həlak olanlar var.

Kuba Prezidenti Migel Dias-Kanel Bermudes bərpa işlərinə kömək etmək üçün ölkənin mülki müdafiə qüvvələrini səfərbər etdiyini bildirib: “Təlimat verilənə qədər heç kim təxliyə yerlərindən öz evlərinə qayıtmamalıdır”.