
Bakı. Trend:
Azərbaycanla Çinin Sian şəhəri ilə birbaşa hava əlaqələrinin
yaradılması imkanları, süni intellekt, rəqəmsallaşma və digər
istiqamətlərdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi
aparılıb.
Trend xəbər
verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad
Nəbiyev “X” hesabında paylaşım edib.
O bildirib ki, müzakirələr Çinin Sian şəhərinin meri Ye
Niupinqlə görüşdə aparılıb.
“Görüş zamanı ölkələrimiz, xüsusilə də Sian vilayəti ilə
Azərbaycan arasında dəmir yolu və ümumilikdə nəqliyyat sahəsində
əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə
edilib. Bu məqsədlə müvafiq işçi qrupunun yaradılmasına qərar
verilib”, – paylaşımda qeyd edilib.

