
Bakı. Trend:
ABŞ raketləri Yaponiyaya çatdırılacaq.
Trend ölkənin yerli
KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti
Donald Tramp bəyan edib.
O, Yaponiyaya səfəri zamanı bu ölkənin Baş naziri Sanae Takaiti
barədə bildirib ki, onunla danışıqlar aparmaq çətindir:
“Demək istədiyim budur ki, az əvvəl ilk raket partiyasını artıq
təsdiqlədim. Bu, Yaponiyanın Özünümüdafiə Qüvvələrinə F-35
qırıcıları üçün göndəriləcək ilk raket tədarüküdür”.
Tramp raketlərin dəqiq növünü və sayını açıqlamayıb.


